|
Bu ilin sonunadək Bakıda Kiçik və Orta Biznes Evi açılacaq

Bu ilin sonunadək Bakıda Kiçik və Orta Biznes Evi ("KOB Evi") açılacaq.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib.

Nazir "KOB Evi"nin yaradılması istiqamətində müəyyən işlərin aparıldığını qeyd edib.