|
Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları döyüş atışları icra ediblər

Azərbaycan Ordusunun “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, plana uyğun olaraq keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun reaktiv artilleriya divizionunun şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək Azərbaycan Ordusu üzrə birinci yerə layiq görülüb.