|
Füzulidə 3 ha biçilməmiş taxıl sahəsi yanıb

Füzulidə yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun 1 №-li Qayıdış qəsəbəsində 3 ha biçilməmiş taxıl sahəsi və 28 ha sahədə kol-kos yanıb.

Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.