| Xəbər 1948 dəfə oxunub
"Snapchat" istifadəçiləri tətbiqin işində nasazlıqların olduğunu bildirir

Bir sıra ölkələrdə "Snapchat" mobil tətbiqinin işində problemlər müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Fransa, Belçika, Niderland, Polşada qeydə alınıb. Bundan əlavə istifadəçilər texniki qüsurlar haqqında Avropanın digər ölkələrindən, ABŞ və Avstraliyadanda xəbər verirlər.

 

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 63 faizi tətbiqin yenilənməsi və ismarıcların alınması ilə bağlı problemlərlə, 35 faizi ismarıcaların göndərilməsi ilə bağlı problemlərlə, 1 faizi "Snapchat" vasitəsi ilə foto və video çəkə bilməmələri ilə bağlı problemlərlə üzləşiblər.