Sabah Azərbaycanda müqəddəs Ramazan ayının 24-cü günüdür.
Axşam.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 29-da imsak saat 03:27-də, iftar isə saat 20:18-dədir..
Ramazan ayının 24-cü günün duası:
“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.
Tərcüməsi:
“İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”