| Xəbər 2908 dəfə oxunub
23-cü mərtəbədən şaxtaya düşən azyaşlı uşaq sağ qalıb

Çinin Xançjou şəhərində 23-cü mərtəbədən ventilyasiya şaxtasına düşən azyaşlı uşaq sağ qalıb.

Trend-in məlumatına görə, qonşunun evində oynayan zaman 6 yaşlı uşaq balkonda təmir getdiyini bilməyib və oradan açıq olan şaxtaya düşüb.

Xilasedicilər uşaq şaxtaya düşəndən altı dəqiqə sonra onu xilas ediblər.

 

Uşağın vəziyyətinin yaxşı olduğu deyilir, əl və üz nahiyəsində bəzi çapıqlar var.