|
Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Beyləqanda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 290 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb