|
Diş qıcamağın səbəbi bu imiş

Estetik diş həkimi Efe Kaya diş qıcamağın bütün dişlərə zərər verdiyini açıqlayıb. O, xüsusən də yuxu zamanı bu problemin artığını qeyd edib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, diş qıcamağın əsas səbəbi şüuraltımızda baş verən problemlərlə əlaqədardır.

Vücudumuzun əzələlərdən sümüklərə, sinirlərdən dişlərə qədər bir-birinə hər saniyə xəbər göndərən və əzəldən bağlı bir mexanizm olduğunu vurğulayan doktor Efe Kaya "Dişlər sümüklərin içində olur və dişləri sümüyə bağlayan liflərin ətrafında reseptorlar var. İnsan yeməyi ağzına aldığı zaman bu liflərin ətrafındakı hərəkətverici qüvvələr çalışmağa başlayır. Yemək yeməyin ilk siqnalı alındığında beyin bunu dişlərin üzərində sabitləyir. Buna görə də şüurlu və şüursuz olaraq dişlər bir- birinə sıxıldığında bütün mexanizmə zərər verir" deyə bildirib.

Həmçinin, həkim diş qıcamağın ən çox yuxu zamanı baş verdiyini söyləyərək, bunun əsas səbəbinin şüuraltı ilə bağlı olduğunu açıqlayıb.

 

Onun sözlərinə görə, gün ərzində baş verən hadisələr, şüuraltı yaşanan stress, həyəcan, qorxu, əsəb və s. kimi hallar yuxu zamanı hərəkətə keçərək diş qıcamağa səbəb olur. Nəticədə yanaqlardakı və gicgah sümüklərindəki şişkinlik ağrıya yol açaraq, ağız boşluğunda ciddi fəsadlar yaradır.