|
Ələt qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Neftçala sakini, 1984-cü il təvəllüdlü Abışov Aslan Əmiraslan oğlu yolu keçərkən “FİAT” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində keçinib.

ONA-nın Şirvan bürosundan verilən xəbərə görə, yol qəzası Ələt qəsəbəsində baş verib.

Meyit Şirvan şəhərinin morquna gətirilib.