|
Tarkan yenidən ata olur?

Meqastar Tarkan və həyat yoldaşı Pınar Təvətoğlu ikinci uşaq arzusundadır.

 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pınar ötən gün İstanbulun Nişantaşı səmtindəki restorandan çıxarkən görüntülənib. Müxbirlərin "İkinci uşaq düşünürsüzmü" sualına o, "inşallah" deyə cavab verib.

Bu isə sosial mediada cütlüyün yenidən valideyn olacağı fikrini ağıllara gətirib.