| Xəbər 2522 dəfə oxunub
Rəngli detoks salatı

İsti havalarda ən çox yeyilən yemək salatlardır.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi vitaminli salat resepti ilə həm doyacaq, həm də toksinlərdən qurtulacaqsız.

Ərzaqlar:

3-4 yarpaq qırmızı kələm

yarım dəstə spanaq

1 ədəd kiçik kök

Yarım ədəd avokado

1 ovuc nar

1 ç.q kətan toxumu

yarım ç.q qara çörək otu

1 x.q zeytun yağı

Limon

Duz

Ərzaqları istədiyiniz ölçüdə doğrayıb, üzərinə limon suyu, yağ əlavə edin. Təqdim etdiyimiz salatı nahar və ya şam yeməklərində yeyə bilərsiniz. Oruc tutanlar üçün də ideal hesab edilən salat liflə zəngindir və bu da uzun müddət tox qalmağınızı təmin edəcək.