| Xəbər 1030 dəfə oxunub
Məşhur reper özünə 100 milyona təyyarə aldı

Dünya şöhrətli ifaçı Dreyk təyyarəsi olan varlılar karvanına qoşulub.

 

Axşam.az xəbər verir ki, 32 yaşlı kanadalı müğənni bu barədə İnstaqramda məlumat verib.

Bildirilir ki, o, dəyəri 100 milyon dollar olan “Boeing 767” karqo təyyarəsini yenidən dizayn etdirərək, özəlləşdirib.

Təyyarənin kirayə dəyəri isə 600-700 min dollar arası dəyişir.

Qeyd edək ki, “Forbes” dərgisi Dreykin 2018-ci ildə 47 milyon dollar qazandığını açıqlamışdı.