| Xəbər 1934 dəfə oxunub
Nyu Yorkda helikopter təcili eniş etdi

Mayın 15-də Nyu Yorkda helikopter Qudzon çayının sularına təcili eniş edib.

Trend-in məlumatına görə, bu barədə "ABC" telekompaniyası bildirib.

Məlumata əsasən, Nyu York Polis İdarəsinin gəmiləri helikopteri pirslərin birinə tərəf aparıblar. Hal-hazırda onu sudan çıxarmağa çalışırlar.

 

Helikopterdə olan adamların sayı barədə məlumat verilməyib.