| Xəbər 1084 dəfə oxunub
"Ayaks" 34-cü dəfə Hollandiya çempionu olub

Amsterdamın "Ayaks" futbol klubu Hollandiya milli çempionatının 34-cü dəfə qalibi olub.

Trend-in məlumatına görə, sonuncu turda "Ayaks" "De Qrafsxap" komandasına 4:1 hesabı ilə qalib gələrək 86 xal toplayıb və birinci yerdə qərarlaşıb.

"PSV" mövsümü ikinci yerdə başa vurub və "Ayaksdan" üç xal geridə qaldı. Bürünc medalı "Feyenord" futbol klubu qazanıb (65 xal).