| Xəbər 1980 dəfə oxunub
İraqda etiraz nümayişlərində dörd nəfər ölüb

İraqın Nəcəf şəhərindəki ticarət mərkəzinin qarşısında nümayişçilərin etirazları zamanı dörd nəfər həlak olub, 17 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu ölkənin təhlükəsizlik orqanları bildirib.

Məlumata əsəsən, Nəcəf şəhərindəki ticarət mərkəzinin yaxınlığında nümayişçilərin etiraz aksiyaları zamanı dörd nəfər öldürülüb, 17 nəfər yaralanıb.

 

KİV-lər "əl-Bəşir" ticarət mərkəzində baş verən yanğının fotoşəkillərini yayıb.