| Xəbər 1691 dəfə oxunub
ABŞ və Polşa prezidentləri Vaşinqtonda danışıqlar aparacaq

İyunun 12-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Polşa prezidenti Andjey Duda arasında ikitərəfli danışıqlar keçiriləcək.

Trend-in məlumatına görə, danışıqlar əsnasında tərəflər müdafiə, təhlükəsizlik, energetika və ticarət məsələlərini müzakirə edəcəklər.

Məlumata əsasən, D.Tramp və A.Duda, ABŞ və Polşa arasında strateji tərəfdaşlığın inkişafı, müdafiə, təhlükəsizlik, enerji və ticarət məsələləri daxil olmaqla bir çox mövzular ətrafında müzakirə aparacaqlar.