|
Əli Əhmədov: Müxalifətin bəzi dairələri Azərbaycanda baş verən proseslərin mahiyyətini ciddi şəkildə təhrif edirlər

Müxalifətin bəzi dairələri Azərbaycanda baş verən proseslərin mahiyyətini ciddi şəkildə təhrif edirlər.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib: "Onlar bir sıra yalanlar uydurmaqdan belə əl çəkmirlər. Təbii ki, bunların hamısı Azərbaycanın reallıqları ilə kəskin təzad təşkil edir. Bu il ərzində Prezident İlham Əliyevin imzaladığı bir çox sərəncamlarla Azərbaycan vətəndaşlarının böyük bir hissəsinin əməkhaqqı, pensiya və müavinətləri ciddi şəkildə artıb. Minimum əməkhaqqı və pensiyalar 40 faizə qədər, bəzi müavinətlər 50 faiz artıb".