| Xəbər 976 dəfə oxunub
Antuan Qrizman "Atletiko"nu tərk edir

Fransalı futbolçu Antuan Qrizman İspaniyanın "Atletiko" klubundan getdiyini elan edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İspaniya klubunun mətbuat xidmətindən bildiriblər.

A.Qrizman azarkeşlərə müraciətində bildirib: "Bu inanılmaz 5 il idi, hamınıza təşəkkür edirəm. Siz həmişə mənim qəlbimdə qalacaqsınız".

 

Qeyd edək ki, A.Qrizman 2014-cü ilin iyul ayından çıxış edir.