| Xəbər 1040 dəfə oxunub
Trampın kortejindən 3 motosiklet qəzaya uğrayıb, yaralananlar var

ABŞ prezidenti Donald Trampın kortejinin tərkibində olan 3 motosiklet qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "Bloogberg" agentliyinin müxbiri Cenifer Ceykobs öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, qəza D.Trampın səfərdə olduğu Luiziana ştatında baş verib. Qəza nəticəsində motosikletlərin sürücüləri xəsarət alıblar.