|
Alina Kabayevanın əkizləri doğuldu

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva ana olub.

 

Axşam.az xəbər verir ki, mayın 7-si səhər saat 10-da o, əkiz oğlan uşaqları dünyaya gətirib. Bildirilib ki, Moskvadakı klinikalardan birində doğuş edən 36 yaşlı Kabayeva 4-cü mərtəbədəki VİP-palatada qalıb. Bu mərtəbədə qalan bütün xəstələr həmin günlərdə digər mərtəbələrdəki başqa otaqlara köçürülüb.

4-cü mərtəbəni bir çox mühafizəçi qoruyub, kənar şəxslərin ora daxil olmasına icazə verilməyib. Kabayeva üçün yeməklər Moskvadakı elit restoranlardan gətirilib.

Əkizlərin adları və atalarının kimliyi barədə məlumat verilməyib.

(Qol.az)