| Xəbər 1094 dəfə oxunub
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ulu öndərin 96 illiyinə həsr olunan tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai rayonu icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Trend-ə verilən məlumata görə, tədbir dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov və başqa rəsmi qonaqlar iştirak ediblər.

Tanınmış müğənnilər Elnur Məmmədov, Dana Durdana, Nur Cəfərli, Zeynəb Həsəni, Cəvahir Abdulovanın iştirakı ilə keçirilən konsertdə Ulu öndərə, vətənə həsr olunmuş mahnılar səslənib, “Səma” və “Turac” rəqs qruplarının ifasında rəngarəng rəqslər təqdim olunub.