| Xəbər 1902 dəfə oxunub
"Caspian Awards 2019" mükafatlandırma mərasimi keçirilib

Uzun müddətdir maraqla gözlənilən “Caspian Awards" mükafatlandırma mərasimi baş tutub.

Trend-in məlumatına görə, "Park İnn" oteldə gerçəkləşən möhtəşəm gala, ənənəvi qırmızı xalı mərasimi ilə başlayıb. İncəsənət xadimləri, görkəmli şəxslər, idmançılar, aktyorlar, iş adamları kimi nüfuzlu şəxslər gecədə iştirak ediblər. Xalı üzərindən keçən məhşurlar daha sonra təltif etmə mərasimində iştirak ediblər.

Caspian Awards mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan və daha çox izlənilən, ictimai fəaliyyəti ilə fərqlənən şəxslər təltif edilib.

"Caspian Awards" mükafatlandırma gecəsində millət vəkili Jalə Əliyeva, xalq artisti, rejissor Vaqif Əsədov, əməkdar artisti Rəşad İlyasov, TREND İnformasiya Agentliyinin jurnalisti Vüqar İmanov, teleaparıcılar Hacı Nuran Hüseynov və Zümrüd Bədəlova, MMA döyüşçüsü Nəriman Abbasov, şou ulduzlardan Günay İbrahimli, Oksana Rəsulova, Niyam Səlami, Dilarə Kazımova, İzzət Bağırov, Qurd və başqa tanınmış şəxslər gecədə iştirak edərək mükafatlarını əldə ediblər.

 

“Caspian Awards" 2019 Mükafatlandırma gecəsinin aparıcısı əməkdar artist Elnur Kərimov olub. Layihənin rəhbərləri: Ayaz Məmmədov və Tural Ələkbərov.