|
Kinematoqrafçılar İttifaqı Litva səfirliyi ilə birgə tədbir keçirəcək

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi birgə tədbir təşkil edəcək.

İttifaqın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, may ayının 15-də “CinemaPlus Azərbaycan” kinoteatrında keçiriləcək tədbirdə Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olacaq. Görüşdən sonra rejissorun “Древний лес” (Qədim meşə) filmi nümayiş etdiriləcək.

Tədbir 15 may tarixində saat 19:00-da baş tutacaq.