|
"Roma" çempiona qalib gəldi - A Seriyası
İtaliya A Seriyasında 36-cı turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 5 qarşılaşma keçirilib.
 

Turun mərkəzi görüşündə "Roma" doğma azarkeşləri önündə çempionluğu vaxtından əvvəl rəsmiləşdirən "Yuventus"u sınağa çəkib. Görüş "canavarlar"ın qələbəsi ilə başa çatıb.

"Napoli" isə səfərdə SPAL-ı çətinliklə məğlub edib.

Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb.


12 may

"Torino" - "Sassuolo" - 3:2
Qollar:
 M. Burabia, 27 (0:1), A. Belotti, 56 (1:1), P. Lirola, 71 (1:2), S. Zaza, 81 (2:2), A. Belotti, 82 (3:2)

"Frazinone" - "Udineze" - 1:3
Qollar:
 S. Okaka, 11 (0:1), Samir, 41 (0:2), S. Okaka, 44 (0:3), F. Dionisi, 85 (1:3)

"Sampdoriya" - "Empoli" - 1:2
Qollar:
 D. Farias, 56 (0:1), C. Di Lorenzo, 75, F. Kualiyarella, 90-penalti (1:2)

SPAL - "Napoli" - 1:2
Qollar:
 Alan, 49 (0:1), A. Petanya, 84 (1:1), M. Rui, 88 (1:2)

"Roma" - "Yuventus" - 2:0
Qollar:
 A. Florentsi, 79 (1:0), E. Dzeko, 90 (2:0)


Qeyd edək ki, bu qələbədən sonra xallarını "Roma" 62-yə çatdıran "Roma" 6-cı pillədəki yerini qoruyub. Lider "Yuventus" isə 89 xalda qalıb. "Napoli" 76 xalla 2-ci, SPAL isə 42 xalla 11-cidir.