| Xəbər 1421 dəfə oxunub
Sarıköklü su ilə yenilənin

Sarıkök onkoloji xəstəliklər başda olmaqla, bir çox problemlə mübarizə aparır.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda demək olar ki, bütün yemək və şirniyyatlarda adıçəkilən ədviyyadan istifadə olunur. Ona görə də, bu ölkədə xərçəng xəstəliyinin faizi digər ölkələrə nisbətən dəfələrlə aşağıdır. Hüceyrələri yeniləyən, eyni zamanda toksinlərdən azad edən  sarıköklə hazırlanmış içkini səhər acqarına istifadə etmək daha məqsədəuyğundur.

Hazırlanması isə olduqca asandır. 1 stəkan ilıq suya yarım ç.q sarıkök, 1 ç.q bal əlavə edib yaxşıca qarışdırın və için.

Qeyd edək ki, qan durulaşdırıcı dərman qəbul edən xəstələr bu içkini qəbul etmədən öncə həkimlə məsləhətləşməlidir.