| Xəbər 1896 dəfə oxunub
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib.

Trend-in məlumatına görə, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.