|
Qatarda təhlükəli öpüş - Foto

İnstaqram bloqerləri Kamilla və Cean son paylaşımları ilə izləyicilərin qəzəbinə tuş gəliblər.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onlar, qatar uçurumun kənarı ilə hərəkət edərkən qapıdakı tutacaqlardan yapışaraq öpüşüblər.

Cütlük bu fotonu "ən vəhşi öpüşümüz" yazısı ilə paylaşıb.

İzləyicilər isə bu hərəkəti "dəlilik" adlandırıblar. Onlar reytinq uğruna bu qədər təhlükəli hərəkətin yersiz olduğunu bildiriblər.