|
"Arsenal" öz meydanında "Brayton"la heç-heçə edib

"Arsenal" futbol klubu İngiltərə Çempionatının 37-ci turu çərçivəsində "Brayton"la görüşüb.

Trend-in məlumatına görə, Londonda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı 9-cu dəqiqədə penaltidən "Arsenal"ın hücumçusu Obamenayq açıb, 61-ci dəqiqədə isə həmçinin penalti zərbəsindən Qlenn Mürrey fərqlənib və oyunda hesabı bərabərləşdirib.

 

Qeyd edək ki, turnir cədvəlində "Arsenal" 5-ci, "Brayton" isə 17-ci pillədə qərarlaşıb.