|
Selena Qomez yara izini gizlədən geyim hazırlayıb -

Amerikalı müğənni Selena Qomez bədənindəki əməliyyat izini gizlədən geyim dizayn edib.

 

Axşam.az xəbər verir ki, o, ən yaxın rəfiqəsi, Tereza Minqusla birlikdə hazırladıqları "Selena x Krahs Swim" markalı çimərlik geyimlərini təqdim edib.

Reklam fotosessiyasında iştirak edən Selena modellərdən birini özü üçün dizayn edib. Bu çimərlik geyiminin bel hissəsi çox hündürdür.

"Böyrək əməliyyatı olduğum üçün bədənimdə yara izi var. Buna görə çimərlikdə özümü rahat hiss etmirəm. Hər bir qadın cazibədar görünmək istəyir. Mən də bu çatışmazlığı gizlədəcək geyim yaratdım" deyə, o, bildirib.