| Xəbər 1103 dəfə oxunub
İtkin düşən 13 yaşlı qız tapıldı

Bakıda itkin düşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyeva tapılıb.

BAKU.WS xəbər verir ki, 13 yaşlı məktəbli qız 19-cu Polis Bölməsi tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Aydan tapıldıqdan sonra məlum olub ki, o, itkin düşməyibmiş, evdən qaçıbmış.

Aydan onu daim nəzarətdə saxlayan anası ilə dil tapa bilmədiyindən bu addımı atdığını deyib. Səhv etdiyini anladıqda isə evə qayıtmağa qorxub.

Qeyd edək ki, Aydan Əliyeva məktəbdə nümunəvi uşaq kimi tanınır. Məktəbin direktoru onun 4-5 qiymətlərlə oxuduğunu və tərbiyəsində heç bir problem olmadığını bildirir.