|
Prezident İlham Əliyev "Formula 1"-in qalibinə kuboku təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi-nin qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisi-nin qalibi Valtteri Bottasa ("Mercedes") kuboku və “Mersedes” komandasının nümayəndəsinə Konstruktorlar kubokunu təqdim edib.

İkinci yerin sahibi, “Mercedes”in digər sürücüsü Lyuis Hemiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının pilotu Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi-nin bugünkü qalibi “Mercedes”dən Valtteri Bottas olub. İkinci yeri “Mercedes”dən olan digər pilot Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub.

Konstruktorların yarışında isə "Mercedes" birinci olub.