| Xəbər 1212 dəfə oxunub
Azərbaycan və Xorvatiya arasında birbaşa mövsümi reyslər gündəmdə

Xorvatiya və Azərbaycan arasında qarşılıqlı turist və sahibkarların səfərlərinin artacağına ümid edirik.

Bunu Trend-ə Xorvatiya Respublikasının baş nazirinin müavini, Xarici və Avropa işlər naziri Mariya Peyçinoviç-Buriç özəl açıqlamasında deyib.

Onun sözlərin görə, gələn ildən paytaxtlararası birbaşa reyslərin açılması da mümkündür.

 

Xorvatiyalı rəsmi deyib: "Hesab edirəm ki, gələn ildən Bakıdan Zaqreb, Split, Dubrovnik, Zadar, Pula istiqamətində birbaşa mövsümi reyslərin açılması da mümkündür".