|
Hamilə olduğuna inanmadılar

24 yaşlı dünyaca məşhur model Belle Lusiya İnstaqramda fotosunu paylaşaraq 4,5 aylıq hamilə olduğunu açıqlamışdı.

 

Axşam.az xəbər verir ki, izləyiciləri "çox arıqsan, yalan deyirsən, hamilə ola bilməzsən" deyərək, modeli özündən çıxarıblar.

USM şəkillərini də hekayə bölümündə paylaşan model insanları inandıra bilmədiyini görüncə, bütün paylaşımları silib.

"Doğrudur, qarnım böyüməyib. Bu, hər qadında fərqli olur. Qarnımın böyüməməsi hamilə olmadığım anlamına gəlmir. Niyə belə bir yalan söyləyim ki?" deyə, yazan modelə qadınlardan dəstək gəlib.

Belle hamilə olmasına baxmayaraq modelliyə davam edəcəyini deyib. 

Qeyd edək ki, modelin Instaqramda 1,3 milyon izləyicisi var.