| Xəbər 5054 dəfə oxunub
Dünyada kişi-qadın tarazılığı pozulur - SOS

Dünyada 23 milyon qadın çatışmır.

PNAS jurnalında dərc edilən tədqiqatın nəticələrinə görə, dünyada qadın qıtlığı yaşanır.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, kişi və qadınlar arasında olan bu disbalans 1970-ci ildə Asiya ölkələrində kütləvi şəkildə edilən selektiv abortlar səbəbindən
yaranıb.
 
Qadın və kişilər arasında olan bu qeyri-uyğunluq 12 ölkədə müşahidə edilir.

 

Bu fərq daha bariz şəkildə Hindistan və Çində yaşanır. 1970-2017-ci illər arasında müvafiq olaraq 11.9 və 10.6 milyon qadın azlıq təşkil edib.