|
Bakıda maşın yandı - qəsd ehtimalı var

Musavat.com xəbər verir ki, saat 02.20 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsi 68 ünvanında yerləşən məhəllədə yanğın hadisəsi baş verib. KİA Optima markalı, 10 st 012 nömrə nişanlı maşın qəflətən alışıb və büsbütün yanıb.

Hadisə yerinə yanğınsöndürənlər gəliblər. Onların cəhdləri sayəsində yanğın digər maşınlara keçməyib. Yalnız yaxınlıqdakı bir maşın xəsarət alıb. Şahidlər müxbirinizə deyiblər ki, avtomobil sürücü maşını tərk edəndən bir müddət sonra, arxa tərəfdən alovlanmağa başlayıb. Bu da qəsd ehtimalını ortaya çıxardır.

İnsan təlafatı yoxdur.

Musavat.com qəzetimizin keçmiş əməkdaşı Tale Əsədin çəkib, redaksiyamıza yolladığı foto və video görüntüləri təqdim edir.