|
Elmar Məmmədyarov: Brüssel sammiti "Şərq tərəfdaşlığı" tarixində yeni bir səhifə olacaq

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı vacib və faydalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, “Şərq tərəfdaşlığı”nın 6 üzv ölkəsinin müxtəlif məramları var:

“Bu illər ərzində bu təşəbbüsdə iştirak etməklə biz Aİ-ni daha yaxşı anlamağı öyrənirik. Hesab edirəm ki, Aİ də Azərbaycanı və “Şərq tərəfdaşlığı”nın digər üzvlərini daha yaxşı anlamağı öyrənir”.

Nazir vurğulayıb ki, gələn ay “Şərq tərəfdaşlığı”nın Brüsseldə sammiti baş tutacaq və bu tədbir növbəti onillik üçün perspektivlərin müəyyənləşdirilməsində və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində yeni səhifə olacaq.