|
Şəkidə yolu keçən kişini maşın vurub öldürdü

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Oqtay Abdurəhimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.