|
Yanğından zərərçəkən məcburi köçkünlər müvəqqəti yaşama yerləri ilə təmin ediləcək - Baş nazirin müavini

Bakıda Babək prospektində baş verən yanğından zərərçəkən məcburi köçkünlər müvəqqəti yaşama yerləri ilə təmin ediləcək.

Trend-in məlumatına görə, Baş nazirin müavini Əli Əhmədov bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib.

Ə.Əhmədov bildirib ki, hadisə qeydə alınan binada təhlükəsizlik problemləri mövcuddur: "Binanın cəmi bir çıxışı var. Biz mümkün olan bütün tədbirləri həyata keçirəcəyik. Bu binadakı sakinlər müvəqqəti olaraq yerləşdiriləcəklər”.

Baş nazirin müavini qeyd edib ki, ölkədə yeni tikilən mənzillərə daha ağır şəraitdə yaşayan məcburi köçkünlər yerləşdiriləcək.