| Xəbər 3226 dəfə oxunub
Meyvə-tərəvəzlərin faydaları barədə maraqlı faktlar

"Haber7"-in saytının verdiyi məlumata bu yaxınlarda Cay Kordiç müəllifi olduğu "Mevə və Tərəvəzlərin gizli sirləri" adlı kitabı işıq üzü görüb. Müəllif kitabda hansı meyvənin və ya tərəvəzin nəyə xeyirli olmasını araşdırıb.

u da "Mevə və Tərəvəzlərin gizli sirləri" kitabından çıxarışlar:

Əncir: Bağırsaqların işini sürətləndirir.

Alma: Böyrəkləri təmizləyir, həzmi rahatlaşdırır.

Ərik: Qan əmələ gətirəndir. Dəriyə və saça müsbət təsir göstərir. Xərçəngin qarşısının alınmasına kömək edir.

Banan: Ürəyə və əzələlərə faydalıdır. Yorğunluğu aradan aparır.

Albalı: Mineral və vitamin anbarıdır. Tünd rəngli albalılar, açıq rənglilərə nisbətdə daha çox mineral ehtiyatına malikdir.

Portağal: Soyuqdəymənin, qripin, ürək xəstəliklərinin qarşısını alır.

 

Üzüm: Böyrəklərin işini tənzimləyir, ürək döyüntüsünü nizamlayır. Qaraciyəri təmizləyir. Qara üzüm ölmüş hüceyrələri bərpa edir.

Qarpız: Qabığındakı sink insanın özünü tənzimləməsinə  kömək edir. Böyrəyi təmizləyir.

Armud: Ürək-damar xəstəliklərinin qarşısını alır, aşağı qan təzyiqli insanlara xeyrlidir.

Çiyələk: Siqaret tüstüsünün təsirlərini azaldır. Siqaret çəkilən otaqdakı insanlar gün ərzində ən azı iki gilə çiyələk qəbul etməlidirlər.

Kök: Əlavə enerji mənbəyi yaradar. Qaraciyərin öd ifraz etməsinini sürətləndirir.

Xiyar: Əzələləri cavanlaşdırar. Dəri hüceyrələrinə elastiklik gətirir.

Sarımsaq: Təzyiqi salır, qan laxtalanmasını azaldır. Mədə xərçənginin qarçısını alır və immuniteti gücləndirir.