| Xəbər 2521 dəfə oxunub
Telefonla çox vaxt keçirən insanlarda...

Rays Universitetinin alimləri artıq çəki, piylənmə ilə gənclərin telefona bağlılığı arasında əlaqə üzərində araşdırma aparıblar. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlər 2 mərhələdə tədqiqat aparıblar. Əvvəlcə 18-23 yaş arası 132 nəfər könüllü suallara cavab verib, multi media isə göstəriciləri qiymətləndirib. Bu aparat insanın smartfon və planşetdən nə qədər çox istifadə etdiyini və uyğun olmayan yer və zamanda da telefondan asılı qaldığını üzə çıxara bilir. Məsələn, bəziləri işdə, söhət zamanı da telefonda olub. Paralel olaraq həmin insanların bədən kütləsi indeksi ölçülüb. 

Məlum olub ki, multimediada yüksək göstəriciləri olan gənclərin bədən kütləsi də normadan çox olub, onlarda daha çox piylənmə baş verib.

 

İkinci hissədə isə 72 könüllü MRT müayinədən keçirilir. Skan zamanı onlara zərərli qidaların şəkilləri göstərilib.  Bu zaman onlarda beyin aktivliyi müşahidə olunub.

Beləliklə, alimlər bu nəticəyə gəlib ki, smartfonlardan həddən artıq istifadə piylənmə riskini artırır və gənclərin beynində qida, iştah nöqtələrində pozulma baş verir.