| Xəbər 2705 dəfə oxunub
Çin dünyanın ən böyük tankerini hazırlayır

Şanxayın gəmiqayırma şirkəti olan “Hudong-Zhonghua” mayeləşdirilmiş təbii qaz daşınmaları üçün dünyanın ən böyük tankerini hazırlamağı planlaşdırır.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, gəmi 270 min kub/m-dək enerji resursu daşıya biləcək.

Məlumata görə, layihənin hazırlanmasında Norveç mütəxəssisləri də iştirak edəcək. Əldə olunmuş razılığa əsasən, hər iki ölkədən olan konstruktorlar tankerin inşası üçün 2020-ci ilə qədər bütün lazımi texniki sənədləşmələri tərtib edəcək.

“Təbii qaz Çinin istehsalat və enerji tələbatında çox mühüm rol oynayacaq və mayeləşdirilmiş təbii qaz enerji daşıyıcısı kimi vacib mənbəyə çevriləcək”, - deyə Çinin Milli Şelf Korporasiyasının sədri Yan Xua bildirib.