|
“Bülənt Ersoyla mübarizəm davam edəcək”

Müğənni Ömür Gedik və Emre Kaya dünən axşam bir yerdə görüntüləniblər.

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, bu aralar kürk qalmaqalı ilə gündəmdə olan Ömür müğənni Bülənt Ersoyla davasından danışıb.

“Problemləri bitirmişik. Bülənt xanımla qarşılaşsam, heç bir problemim olmayacaq. Şəxsiləşdirməyə ehtiyac yoxdur, mənim mübarizəm davam edəcək" deyərək, Ömür qalmaqalı qızışdırıb.

Gedik həmçinin müğənni Fərhat Göçerlə münasibətlərinin çox yaxşı olduğunu və bir problemləri olmadıqlarını bildirib.

Emre də Ömürə dəstək verib və "Mən də heyvanlara edilən əziyyətə qarşıyam. Qətiyyən heyvanların öldürülməsinin tərəfdarı deyiləm. Heyvanlar çox dəyərli və qiymətlidir" söyləyib.