|
Aerobika gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

Aerobika gimnastikası üzrə milli komandamızın üzvləri Portuqaliyanın Kantanhe şəhərində keçirilmiş Dünya Kubokunda iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi qrup proqramında İmran İmranov, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Balaxanım Əhmədova və Nərminə Hüseynova təmsil ediblər. Gimnastlarımızın çıxışı hakimlər tərəfindən 18.161 xalla dəyərləndirilib və onlar turniri 6-cı yerdə başa vurublar.

 

Fərdi çıxışlarda isə ən yaxşı nəticə V.Dolmatova aid olub. İdmançımız 20.300 xalla 9-cu yerdə qərarlaşıb.