| Xəbər 2444 dəfə oxunub
İnstaqramdan gözlənilməyən yenilik

İnstaqram istifadəçiləri üçün yeni funksiya təqdim etməyə hazırlaşır.

 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu dəfə istifadəçilər paylaşılan videoları irəli-geri çəkə və istənilən hissədən başlada biləcəklər.

Tədqiqatçı Ceyn Mançun Vonq bu haqda Tvitterdə yayımladığı videoda xəbər verib. O bildirib ki, hələlik bu funksiya yalnız proqramın beta versiyasında əlçatandır. Tam istifadəyə verilmə tarixi isə hələ bəlli deyil.