|
Can Yamanə müdafiə etdi: “Mənə görə dalaşıb” “Mənə görə dalaşıb”

Aktyor Can Yamanın "Erkençi Kuş" serialının çəkilişi zamanı əsəbiləşərək tamaşaçılardan birinə fotoaparat atdığı xəbəri yayılmışdı.

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa Demet Özdemir sosial şəbəkədə paylaşım edərək, çıxan xəbərlərin yalan olduğunu söyləyib:

"Bu gün “fanatı” adı ilə  xəbərlərdə çıxan adam çəkiliş meydançasına icazəsiz daxil olub və xəbərdarlıq edildiyi halda meydançadan çıxmayıb. Çəkilişi dayandırıb, Canın qolundan tutub, mənə söz atıb. Can "fanatdan" qolunu xilas etməyə çalışarkən fotoaparat əlindən yerə düşüb. Can Yaman və "Erkençi Kuş" komandası zərər çəkmiş tərəfdir. Mənfi hərəkətlər heç vaxt sevgi göstərişi ola bilməz. O adama şiddət göstərilməyib. Hər zaman çəkiliş meydançasına qonaq gələn pərəstişkarlarını sevgi ilə qucaqlayan tərəf müqavilim haqqında çıxan yalan xəbərləri aydınlatmaq və çox kədərləndiyimi bildirmək istəyirəm"