|
5260 mənzildə təbii qazın açılması təmin olunub

“Azəriqaz” İstehsalat Birliyi 2019-cu ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib.

İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, həmin binalarda ümumilikdə 5260 ailə yaşayır.

 

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.