|
Vəhşi heyvanları görmək istəyənlər! Bu gün Göygölə giriş pulsuzdur

Bu gün "dağ göllərinin diyarı" olan Göygöl Milli Parkının yaradılması ilə bağlı "Açıq qapı" günü keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək.

 

Nazirlik milli parkın dünyaca məşhur olan füsunkar təbiətindən zövq almaq istəyənləri bura dəvət edir.