|
Tovuzda 4 otaqlı evdə yanğın baş verib

Tovuzda 4 otaqlı evdə yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Tovuz rayonunun Aşağı Quşçu kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.