| Xəbər 2843 dəfə oxunub
Əkizlərin ataları fərqli kişilər imiş
Çində dünyaya gələn eyni yumurta əkizlərinin atalarının fərqli olduğu ortaya çıxıb. Milyonda bir rastlanan bu hadisə dünyanı sarsıdıb. 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Xieman kəndində yaşayan qadın uşaqlarını DNT testi etdirmək məcburiyyətində qalıb. Testin nəticəsində uşaqlardan birinin atasının qadının həyat yoldaşı olmadığı ortaya çıxıb. 
Şok olan adam "Fujian" qəzetinə verdiyi açıqlamada əkizlərin bir-birinə oxşamamasının uzun müddət onun diqqətini çəkdiyini söyləyib. “Əlbəttə ki, öz uşağımı istəyirəm, amma başqasının övladına baxmağı düşünmürəm” deyə, o, qeyd edib. 
Qadın başqa biri ilə münasibətdə olduğunu gizlətməyib. 
Tibdə adı “heteropaternal superfekondasyon” olan hadisəyə çox nadir rastlanılır. Qadının bətnindəki yumurtaların qısa müddət ərzində iki fərqli kişinin spermi ilə döllənməsi nəticəsində, doğulan uşaqların ataları fərqli ola bilər.
Bu, birdən artıq yumurtanın fərqli cinsəl münasibət nəticəsində döllənməsi mənasını verir. Heteropaternal isə yumurtaların birdən artıq kişinin dölləndirdiyini bildirir.