|
Acun Hülya ilə sərt danışdı

"TV 8" kanalının sahibi Acun Ilıcalı Hülya Avşar ilə birlikdə axşam yeməyi yeyib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, onların paylaşdığı video böyük marağa səbəb olub. Görüntüdə Hülya ilə Acunun iş yeməyində olduğu anlaşılıb. 

Avşarın “Biz yenə bir-birimizə girmiş vəziyyətdəyik” sözlərinə Ilıcalı “Çox yaxşı yola gedirik” cavabını verib.

Aparıcı “İndiyə qədər Hülyanın qəlbini qırmamaq üçün əlimdən gələni etmişəm. Bu gün onunla daha sərt danışmalı oldum. Buna görə bir az inciyib” deyərək, zarafat edib.